Danimarkada Qarabağ tədbiri

Danimarkada Qarabağ tədbiri
27 oktyabr 2016
# 15:19

Ötən həftə Danimarka Krallığının paytaxtı Kopenhagen şəhərinin Vallensbeak bələdiyyəsinin Kulturog Fnivillghed zalında Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyi Qarabağ təbliğatı mövzusunda görüş keçirilib.

Tədbir Azərbaynan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə baş tutdu. Tədbiri Kopenhagen şəhərindəki Vətən cəmiyyətinin sədri Səfər Sadiqinin giriş sözü ilə başlayıb.

Skandinaviya Ölkələri ilə Mədəni və Elmi Əlaqələr İctimai Birliyinin sədri Nazim Əhmədli çıxış edərək Ermənistanın işğalçılıq siyasətini pisləyib, Azərbaycan xalqının uzun illərdən bəri erməni təcavüzünə məruz qaldığını bir daha danimarkalı vətəndaşlara çatdırıb.

Görüşdə danimarkalı qonaqlarla yanaşı həmvətənlərimiz və Almaniyalı qonaqlar da olub. Azərbaycan həqiqətlərini əks etdirən filmlər nümayiş edilib, Qarabağ həqiqətlərini əks etdirən kitab və bukletlər, Azərbaycan bayraqları nümayiş etdirilib və hədiyyə olaraq gələn qonaqlara verilib.

Tədbirin sonunda Danimarkada yaşayan həmvətənlərimizi təmsil edən “Cırtdan” rəqs qrupu çıxış edib.

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

# # #