Hansı yuxuları xatırlayırıq?

Hansı yuxuları xatırlayırıq?
6 aprel 2016
# 13:33

Yuxuları xatırlamağın çətinliyi çoxlarına məlumdur. Əslində əgər bir yuxu oyanmamışdan bir az əvvəl sona çatıbsa onu xatırlaya bilmirik. Uzun müddətli yaddaşın əmələ gəlməsinə xidmət edən beyin prosesi yuxu zamanı passivləşir. Buna görə də oyanmamışdan qısa müddət sonra gördüyümüz yuxuların çoxunu unuduruq.

Misal üçün, xatırlamaqda olduqca vacib neyrotransmitter olan norepinefrin uzun müddətli yaddaşlar üçün aktivliyin müşahidə edildiyi prefrontal korteks kimi bölgələrdə yuxu zamanı çox aşağı səviyyədə olur.

Beyin oyandıqda uzun müddətli yaddaş üçün lazım olan prosesi aktiv hala gətirməyə başlayır. Beləliklə, əgər bir yuxudan qəfil ayılsaq o yuxunu xatırlamaq imkanımız daha çox olar.

2011-ci ildə həyata keçirilmiş bir araşdırma: REM yuxusundan ayıldıqdan sonra (“Rapid eye movement” sürətli göz hərəkəti. Yuxunun bu fazasından gözlər sürətlə hərəkət edir) prefrontal kortekslərində daha çox teta beyin-dalğası aktivliyinə sahib insanların yuxuları daha yaxşı xatırladığı məlum olub.

Yuxunun emosionallığı və məntiqiliyi də onun nə qədərini xatırlayacağımıza təsir edir.

Daha bir aşardırmaya görə az məntiqli yuxular, hekayəvari yuxulardan az xatırlanır. Kabuslar, olduqca parlaq, emosional yuxular daha asan xatırlanır. Üstəlik bu cür yuxular beyin və bədənimizin canlanmasına da təsir edir. Bəzən isə yuxudan ayılmağımızla nəticələnir.

Bəzi vasitələrlə yuxunu xatırlama səviyyəsini artırmaq mümkündür. Oyandıqdan dərhal sonra diqqətinizi çəkən hansıa əşya da yuxunu xatırlamağınıza mane ola bilər. Buna görə də yatmamışdan qabaq özünüzə xatırladın ki, yuxunuzu unutmaq istəmirsiz. Yatağınızın yanına dəftər və qələm qoyun, müəyyənləşdirə bildiyiniz hansısa görüntü və ya hissi qeyd edin. Bu kimi kiçik addımlar yuxunu geriyə qaytarmaqda köməkçi vasitə ola bilər.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

# # #