Tanınmış naşir vəfat etdi

Tanınmış naşir vəfat etdi
30 iyun 2017
# 15:03

Tanınmış naşir, Azərbaycan Naşirlər və Poliqrafçılar İctimai Birliyinin sədri, “Təhsil Nəşriyyat-Poliqrafiya” MMC-nin baş direktoru Bəhruz Axundov uzun sürən xəstəlikdən sonra iyun ayının 30-da dünyasını dəyişib.

Kulis.azın “525.az”-a istinadən verdiyi xəbərə görə, mərhumla vida mərasimi iyulun 1-də saat 12.00-da Bakı şəhəri Nərimanov rayuonundakı “Tural” mərasim evində (Metronun “Gənclik” stansiyasının yaxınlığında, Zooparkla üzbəüz) keçiriləcək. Mərhum Mehdiabad qəsəbə qəbirstanlığında torpağa tapşırılacaq.

İyulun 1-dən başlayaraq 3 gün “Tural” mərasim evində təziyyə məclisi olacaq. İyulun 3-də isə mərhumun 3 mərasimi keçiriləcək.

# 1060 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #