Varisin imza günü olacaq

Varisin imza günü olacaq
7 mart 2018
# 11:43

Martın 9-da, saat 17-dən 20-dək İstiqlaliyyət küçəsində yerləşən Libraff kitab mağazasında Varisin "Uzaqdan gələn yağış" adlı yeni romanının imza günü keçiriləcək.

Cildində "Gənclərin birnəfəsə oxuyacağı kitab" qeydi yer almış "Uzaqdan gələn yağış" körpə fidanların qol-budaq atıb böyümək arzusunu gözündə qoyan amansız bağban qayçılarından bəhs edərək insanlığı "sevgi" adlı bir hədəfi "maddiyyat" və "təmənna" adlı cəlladların nişangahından çıxarmağa çağırır.

Onu da qeyd edək ki, yanvar ayından satışda olan və artıq kifayət qədər maraq oyada bilən "Uzaqdan gələn yağış" kitabını “Libraff” mağazası imza günündə xüsusi 20 faizlik endirimlə satışa çıxaracaq.

Kitab “Teas-press” nəşriyyatında nəşr olunmuşdur.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

# # #