Xalq rəssamı Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən çıxdı

Xalq rəssamı Rəssamlar İttifaqının Rəyasət Heyətinin  üzvlüyündən çıxdı
20 iyul 2026
# 17:31

Xalq rəssamı Arif Hüseynov Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinə üzvlüyünə və “Kitab Qrafikası və Miniatür” bölməsinə sədrliyinə xitam verilməsi ilə bağlı İttifaqın Rəyasət Heyətinə açıq məktubla müraciət edib.

Kulis.az xəbər verir ki, o, müraciətində 1985-ci ildən etibarən Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvü, həmçinin “Kitab Qrafikası və Miniatür” bölməsinin sədri kimi fəaliyyət göstərdiyini qeyd edib.

Xalq rəssamı bildirib ki, yaşı, sağlamlıq vəziyyəti və qarşıda həyata keçirmək istədiyi yaradıcılıq planlarını nəzərə alaraq, Azərbaycan Rəssamlar İttifaqının Rəyasət Heyətinin üzvlüyündən, eləcə də Kitab Qrafikası və Miniatür Bölməsinin sədri vəzifəsinə xitam vermək qərarına gəlib.

O, Azərbaycan Rəssamlar İttfaqının Rəyasət Heyyətinin hər bir üzvünə Azərbaycan təsviri sənətinin inkişafı naminə nümayiş etdirdiyi prinsipial və səmərəli fəaliyyətə görə təşəkkür edib./ APA

# 174 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər