Kamança ustası, Xalq artisti Şəfiqə Eyvazova yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Bu barədə APA-ya Xalq artisti özü məlumat verib.
O, bir həftə əvvəl Mərkəzi Gömrük Hospitalına yerləşdirildiyini bildirib.
- Stalinlə bağlı detektiv film çəkiləcək
- “Qızıl Qlobus”un qalibləri açıqlandı - Siyahı
- Məşhur rejissor vəfat edib
“Hazırda burada müalicə alıram. Həkimlər səhhətimin yaxşılaşmağa doğru dəyişdiyini deyir. Sağ olsunlar, əllərindən gələn köməkliyi göstərməyə çalışırlar”, - Xalq artisti vurğulayıb.
Qeyd edək ki, Xalq artistinin həyat yoldaşı, kamança ifaçısı Arif Əsədullayev də koronavirusa yoluxub. O, hazırda ev şəraitində müalicə alır.