Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi

Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti istefa verdi
1 may 2026
# 13:20

Dünyanın ən nüfuzlu sənət tədbiri olan Venesiya Biennalesinin beynəlxalq münsiflər heyəti, İtaliya hökumətinin Rusiyanın sərgidə iştirakına qarşı çıxmasından sonra istefa verib.

"Euronews"un verdiyi xəbərə görə, bu qeyri-adi qərarın ardınca Avropa İttifaqı tədbirə ayırdığı 2 milyon avroluq yardımı kəsdiyini elan edib.

Baş nazir Corcia Meloni hökumətin Rusiyanın iştirakını dəstəkləmədiyini bildirsə də, Biennale rəhbərliyi sənətdə senzuranı rədd etdiklərini və hər bir ölkənin iştirak hüququ olduğunu vurğulayıb.

Yaranmış vəziyyətlə əlaqədar, bu il nüfuzlu "Qızıl Şir" mükafatının qalibləri münsiflər deyil, ilk dəfə olaraq birbaşa ziyarətçilərin səsverməsi ilə müəyyən ediləcək.

# 76 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər