“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirildi

“Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirildi
18 noyabr 2024
# 18:08

Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində dövlət Sosial Müdafiə Fondunun təşkilatçığı ilə “20 noyabr - Uşaq Hüquqlarının Müdafiəsi aylığı”na həsr olunmuş “Uşaq hüquqları və uşaqların sosial müdafiəsi” adlı tədbir keçirilib.

Kulis.az xəbər verir ki, tədbirdə uşaq yazarı Gülzar İbrahimova, kitabxana, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşları, Vətən müharibəsində iştirak etmiş qazi ailələri və övladları iştirak edib.

Tədbiri ilk öncə kitabxananın direktoru açaraq iştirakçıları salamlayıb və uşaq hüquqları və onların müdafiəsi haqqında ətraflı məlumat verib.

Kitabxananın əməkdaşı tərəfindən “Uşaq hüquqlarına dair məlumatlılığın artırılması” mövzusunda baş tutan tədbirdə uşaq hüquqları barədə, bu sahədə qəbul olunmuş qanunlar, konvensiyalar, dövlətimiz tərəfindən uşaqların hüquqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər, uşaqların sağlam mühitdə yetişməsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib onlara davranış qaydalarına dair hüquqi maarifləndirməni əks etdirən prezentasiya təqdim edilib.

Fondun əməkdaşları “Uşaq hüquqları haqqında” BMT konvensiyası, uşaq hüquqları və azadlıqları, uşaq və ailə, uşaq və cəmiyyət mövzularında maarifləndirici məlumatı diqqətə çatdırıb.

Tədbir zamanı uşaq yazarı Gülzar İbrahimova Vətən mövzusunda şeirlər səsləndirib, tədbir iştirakçılarına kitablar hədiyyə edilib.

Tədbirin keçirilməsində məqsəd uşaq hüquqlarının həyata keçirilməsi mexanizminin yaxşılaşdırılması, onların daha effektiv müdafiəsinin təmin olunması, məktəblilər arasında hüquqi maarifləndirmənin aparılmasından ibarət olub.

# 994 dəfə oxunub

Müəllifin son yazıları

# # #