Türkiyənin Avrasiya Yazıçılar Birliyinin rəhbəri vəfat etdi

Türkiyənin Avrasiya Yazıçılar Birliyinin rəhbəri vəfat etdi
16 avqust 2024
# 17:36

Türkiyənin Avrasiya Yazıçılar Birliyinin rəhbəri Yakup Ömeroğlu vəfat edib.

Kulis.az xəbər verir ki, Türkiyə ilə Türk dünyası arasında əlaqələrin gücləndirilməsi istiqamətindəki səyləri və mədəni diplomatiyaya verdiyi töhfələrlə tanınan Ömeroğlu həyatını turançılıq ideologiyasına həsr edib.

Qeyd edək ki, Avrasiya Yazıçılar Birliyinin “Bengü” nəşriyyatının yayımladığı “Türk dünyasından 500-cü kitab” Azərbaycanın bədii və ictimai fikir tarixində yeni ədəbi məktəbin banisi Mirzə Ələkbər Sabirin “Hophopnamə”si olub.

Kitabın təqdimetmə mərasimində çıxışı zamanı Yakup Ömeroğlu belə demişdi: “Böyük şair Mirzə Ələkbər Sabirin ölməz “Hophopnamə”si Azərbaycanın və Türk dünyasının bugünkü əhvalını əks etdirir”.

# 408 dəfə oxunub

Müəllifin son yazıları

# # #