Danimarkalı rejissor, "Oskar"a namizəd və "Qızıl Palma" mükafatı laureatı Lars fon Trierdə Parkinson xəstəliyi aşkarlanıb.
Kulis.az “gazeta.ru”ya istinadən xəbər verir ki, Bu barədə məlumatı rejissorun filmlərini istehsal edən Danimarka kino şirkəti “Zentropa” da təsdiqləyib.
Onlar vurğulayıblar ki, Trierin “əhval-ruhiyyəsi yaxşıdır və xəstəliyin əlamətlərinə görə müalicə olunur”.