Kinoaktyorlar Gildiyası qalibləri elan etdi

Kinoaktyorlar Gildiyası qalibləri elan etdi
20 yanvar 2020
# 11:13

ABŞ Kinoaktyorlar Gildiyası tərəfindən təsis olunan mükafatlar təqdim olundu.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ötən gün Los Ancelesdə 26-cı ABŞ Kinoaktyorlar Gildiyasının mükafatlandırma mərasimi keçirilib.

Pon Jun Xonun “Parazitlər” filmi ən yaxşı film kateqoriyasından qalib elan olunub. Ən yaxşı aktyor roluna görə isə “Joker” filmində Joker obrazını canlandıran Xoakin Feniks mükafat qazanıb. Ən yaxşı ikinci plan aktyoru mükafatına isə “Bir zamanlar Hollivudda” filmində iştirak edən Bred Pitt nail olub.

Ən yaxşı aktrisa nominasiyasının qalibi “Judi” filmində baş rol ifaçşısı Rene Zellveqer olub. İkinci planda ən yaxşı aktrisa isə “Nigah əhvalatı” filmindən Lora Dorn layiq görülüb.

Robert De Niro isə kinomatoqrafiya peşəsinə verdiyi töhfəyə görə xüsusi mükafata layiq görülüb.

# 1790 dəfə oxunub

Müəllifin son yazıları

# # #