"Torpaqdan torpağa" sənədli filmi təqdim olundu

"Torpaqdan torpağa" filmi

"Torpaqdan torpağa" filmi

4 dekabr 2021
# 18:15

Azərbaycan Kinematoqrafçılar İttifaqının Kino Evində "Nova Gorica" kino mərkəzinin istehsal etdiyi "Torpaqdan torpağa" sənədli filminin ilk ictimai baxışı keçirilib.

Kulis.az xəbər verir ki, Vətən Müharibəsi Qəhrəmanı şəhid mayor Vüqar Ağayeva həsr edilən filmin çəkilişləri Bakıda və Qubadlı rayonunda aparılıb. Filmdə şəhidin ailə üzvləri və döyüş yoldaşlarının xatirələri yer alır.

Filmin ssenari müəllifi və rejissoru Aydan Əhmədova, operatorları Rafiq Əliyev, Yağmur Firuz, bədii rəhbəri Tahir Tahiroviç, prodüsseri Aslan Abdullayevdir.

Ekran işi "Euroclima" şirkətinin dəstəyi ilə çəkilib.


# 1694 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #