Bu gün ingilis şair Aleksandr Popun anım günüdür.
Kulis.az onun aforizmlərini təqdim edir.
Axmaqlar tanrıların getməkdən qorxduğu yerə tələsirlər.
***
Baxışlarımız bizim saatlarımıza bənzəyir: hamısı fərqli vaxtları göstərir, amma hər kəs yalnız öz saatına inanır.
***
Bəhanə yalandan daha pisdir, çünki bu, bizim sadiq qaldığımız bir yalandır.
***
Bütün axmaqlar kimisə ələ salmaq üçün səbirsizlənirlər.
***
Cazibədarlıq gözə çarpar, fəzilət isə ruhu fəth edər.
***
Gözəllik tək bir saçla belə bizi arxasından sürüyər.
***
Həyatımız boyu bizi müşayiət edən ümid hətta ölüm ayağında da bizi tərk etmir.
***
İnsanı əsarət altına alan hər şey onun ləyaqətinin yarısını məhv edər.
***
Qəzəblənmək başqalarının səhv hesablamalarına görə məsuliyyət daşımaq deməkdir.
***
Özünə heyran olan insanın gözləri qədər böyüdən mikroskop yoxdur.
***
Sərvətin toplandığı yerdə insanlar əxlaqını itirər.
***
Tarix dostlardan daha çox, itlərin sədaqət nümunələri ilə doludur.
***
Təvazökarlığın olmaması ağıl çatışmazlığıdır.
***
Yaxşı həyat yoldaşı Allahın bizə xüsusi hədiyyəsidir.