#

Terrorizmlə mübarizəyə həsr olunmuş roman çap olundu - Azərbaycanda

Terrorizmlə mübarizəyə həsr olunmuş roman çap olundu - Azərbaycanda
8 oktyabr 2024
# 15:56

Azərbaycanda terrorizmlə beynəlxalq mübarizəyə həsr edilmiş roman çap olunub Gənc yazıçı Bəhruz Tağızadənin “Günəşin kölgəsində” adlı ilk kitabı çap edilib.

Kulis.az xəbər verir ki, terrorizmlə beynəlxalq mübarizəyə həsr edilmiş romanın əsas personajı uşaq evində böyüyən rəssam Selcandır.

Selcan bir gün gözlərini açır ki, çəkdiyi karikaturaya görə ölkədə hamı ondan danışır. Bununla da qızın həyatı alt-üst olur. Romanın bədii redaktoru Mirmehdi Ağaoğlu, redaktoru Aysel Əlizadədir.

Qeyd edək ki, Tağızadə Bəhruz 1984-cü il yanvarın 7-si Beyləqan rayonunun Kəbirli kəndində anadan olub. İxtisasca həm iqtisadçı, həm də energetikdir. Ailəlidir. İki övladı – bir qız, bir oğlan – var. Xatırladaq ki, "Günəşin kölgəsində” müəllifin ilk kitabıdır.

# 156 dəfə oxunub

Müəllifin son yazıları

# # #