Azərbaycan Teatr Xadimləri İttifaqının qurultayının gələn ilin oktyabrında olacağı gözlənilir.
Kulis.az xəbər verir ki, bunu APA-ya açıqlamasında hazırda İttifaqının sədrinin vəzifələrini icra edən Xalq artisti Hacı İsmayılov deyib.
Xalq artistinin sözlərinə görə, ehtiyac olduğu təqdirdə özü də namizəd ola bilər: "Bunu zaman göstərəcək".
- "Safir" serialı “Emmy”yə namizəd oldu
- Yurdu azad olan şairdən Qələbə şeirləri: Vətən аnа, tоrpаq nаmus...
- Məşhur aktyor vəfat etdi
Xatırladaq ki, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Xalq artisti Azərpaşa Nemətov bu ilin 9 aprelində vəfat edib. İttifaqın nizamnaməsinə əsasən, İdarə Heyətinə sədr seçkisi 5 ildən bir keçirilir.