Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb

Tanınmış müğənninin konserti ləğv olundu - Səbəb
23 noyabr 2026
# 15:08

Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın noyabrın 22-də Parisdə keçirilməsi planlaşdırılan konserti baş tutmayıb.

Kulis.az xəbər verir ki, konsert texniki problemlər səbəbindən son anda ləğv olunub.

Sənətçi bu xəbəri tamaşaçılara səhnədən çatdırarkən göz yaşlarını saxlaya bilməyib.

"Bu gün təəssüf ki, konserti keçirə bilmirik. Heç nə işləmir. Biz həqiqətən möhtəşəm şou hazırlamışıq. Səhərdən səs və işıq sistemlərini qaydaya sala bilmirik. Buna görə də səhnəyə çıxıb vəziyyəti özümüz izah etmək qərarına gəldik" deyə, Loboda bildirib.

Müğənni əlavə edib ki, alınmış biletlər yeni tarixdə də etibarlı olacaq.

Yeni tarixdə iştirak edə bilməyən tamaşaçılara isə biletlərin pulu geri qaytarılacaq.

# 65 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər