Meraya Kerinin "Barbi" gəlinciyi təqdim olundu

Meraya Kerinin "Barbi" gəlinciyi təqdim olundu
23 noyabr 2026
# 14:33

Dünyaca məşhur oyuncaq istehsalçısı “Mattel” Yeni il mahnıları ilə yadda qalan müğənni Meraya Keri üçün ikinci “Barbie Signature” gəlincik kolleksiyasını təqdim edib.

Kulis.az xəbər verir ki, bu dizayn 2023-cü ildə satışa çıxarılan və ilk ehtiyatları bir gündən az müddətdə tükənən ilk gəlincikdən sonra hazırlanıb.

Müğənninin əfsanəvi Yeni il albomunun üz qabığındakı obrazından ilhamlanan gəlincik ağ yaxalı qırmızı məxmər kombinezon, qara çəkmələr və kəmərlə tamamlanıb.

Gəlinciyin əlində mikrofon, barmağında isə Kerinin imzasına çevrilmiş kəpənək üzüyü yer alıb.

Meraya Keri “Barbie Signature”ın musiqi dünyasının əfsanələrinə həsr olunmuş xüsusi seriyasında Selin Dion, Uitni Hyuston, Devid Boui, Tina Törner, Elvis Presli və Elton Con kimi sənətçilərin sırasında yer alır.

# 106 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər