"D'Angelo" kimi tanınan amerikalı müğənni Maykl Yucin Arçer 51 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə “The Variety” jurnalı məlumat yayıb.
Sənətçinin uzun müddətdir əziyyət çəkdiyi xərçəng xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.
Qeyd edək ki, karyerası ərzində sənətçi üç albom buraxıb: “Brown Sugar” (1995), “Voodoo” (2000) və “Black Messiah” (2014), son iki albomun hər biri iki “Grammy” mükafatı alıb.