Avqust ayında Əfqanıstanda hakimiyyəti ələ keçirən Taliban türk seriallarına savaş elan edib.
Kulis.az türk mediasına istinadən məlumat verir ki, Taliban TV vasitəsilə qadınların rol aldığı serial və filmlərin yayınlanmaması üçün təlimat verib.
Qeyd edək ki, hazırda “Kurtlar Vadisi”, “Muhteşem Yüzyıl”, “Çukur”, “Fatmagülün Suçu Ne” kimi seriallar Əfqanıstanda çox populyardır.