Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert oldu

Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr edilmiş konsert oldu
22 may 2024
# 18:30

Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecində görkəmli bəstəkar və dirijor, Dövlət mükafatı laureatı, Xalq artisti Süleyman Ələsgərovun 100 illik yubileyinə həsr olunan konsert proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində Süleyman Ələsgərovun “Vətənimdir”, “Daimi hərəkət”, “Tarantella”, “Intermetso”, “Skerso”, “Xəyala dalarkən”, “Poema”, “Konsert No 1” (1-ci hissə), “Şalaxo”, “Rəqs-tokkata” və “Vağzalı çalınır” kimi əsərlər səsləndirilib.

Qarabağın tarixi məkanı Şuşadan olan S.Ələsgərov yurdunun əsrarəngiz təbiətindən, poeziyasından, muğam dünyasından ilham alaraq gözəl əsərlər bəstələyib, dirijor, pedaqoq kimi musiqi mədəniyyətimizin, musiqi təhsil sisteminin formalaşmasında mühüm rol oynayıb.

S.Ələsgərov 1948-1949, eləcə də 1952-1954-cü illərdə A.Zeynallı adına Bakı orta ixtisas musiqi məktəbinə (musiqi kollecinə) rəhbərlik edib, direktor olduğu dövrdə musiqi təhsili sistemində bir sıra yeniliklər həyata keçirib. O, Azərbaycanın müxtəlif regionlarından orta ixtisas musiqi məktəbinə istedadlı tələbələrin axınını təmin etmək üçün bölgələrə gedərək xüsusi qabiliyyəti olan uşaqlarla iş aparıb. Tar, kamança, balaban, zərb alətləri, eləcə də xanəndəlik şöbələrini yenidən bərpa edib.

# 294 dəfə oxunub

Müəllifin son yazıları

# # #