Stiven Spilberq: "Şindlerin siyahısı" filmindən bir dollar da götürmədim”

Stiven Spilberq:  "Şindlerin siyahısı" filmindən bir dollar da götürmədim”
2 may 2023
# 16:00

"Şindlerin siyahısı" filmindən bir dollar da götürmədim”.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bunu mediaya məşhur amerikalı kinorejissor Stiven Spilberq deyib.
O, bildirib ki, “Şindlerin siyahısı” filmini çəkməyə qərar verəndə əldə edəcəyi qazancın ailəsinə və özünə yox məhz dünyaya paylanmasını istəyib.

Bu səbəbdən Spilberq filmdən qazandığı pulu götürüb Cənubi Karolina Şou Universiteti Fondunu yaratmaq üçün istifadə edib.

Qeyd edək ki, rejissorun 1993-cü ildə "Şindlerin gəmisi" tarixi romanı əsasında çəkdiyi “Şindlerin siyahısı” filmi kinoteatrlarda böyük uğur əldə etməklə yanaşı, ən yaxşı rejissor işi də daxil olmaqla yeddi Oskar mükafatına layiq görülüb.

# 1105 dəfə oxunub

Müəllifin son yazıları

# # #