"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı

"Star Wars"un prezidenti vəzifəsindən ayrıldı
19 yanvar 2026
# 17:20

"Lucasfilm"in prezidenti Ketlin Kennedi 13 ildən sonra adıçəkilən vəzifəsindən ayrılıb və bununla da "Star Wars"un Disney dövrünün ilk mərhələsi başa çatıb.

Kulis.az xəbər verir ki, o, 2012-ci ildən etibarən franşizanın ən məhsuldar və gəlirli dövrlərindən birinə rəhbərlik edib.

Bu illər ərzində yeni trilogiya, müstəqil filmlər və bir sıra uğurlu seriallar istehsal olunub.

Kennedinin fəaliyyəti bəzən pərəstişkarlar arasında mübahisələr yaratsa da, filmləri 5,6 milyard dollar gəlir gətirib.

"Lucasfilm"in rəhbərliyi bundan sonra Deyv Filoni və Linvin Brennana həvalə olunacaq.

Qeyd edək ki, Kennedi "Star Wars" çərçivəsində iki yeni filmdə icraçı prodüser kimi iştirak edəcək.

# 73 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər