"Sanki yoxsan" Kannda mübarizəsini davam etdirir

"Sanki yoxsan"  Kannda mübarizəsini davam etdirir
23 may 2024
# 14:30

Rejissor Azər Quliyevin “Sanki yoxsan” filmi 77-ci Kann Beynəlxalq Film Festivalında qısametrajlı filmlər müsabiqəsində baş mükafat uğrunda mübarizə aparır.

Kulis.az xəbər verir ki, 4420 film arasından seçilən 11 müsabiqə filmi 10 ölkəni təmsil edir: Azərbaycan, Bolqarıstan, Braziliya, Çin, Fransa, Xorvatiya, Kanada, Kosovo, Litva, Protuqaliya və ABŞ.

“Sanki yoxsan” filminin əsas qəhrəmanı Leyladır. Samir və Leyla ailələrindəki ixtilafdan qaçmaq qərarına gəldikdə, Samir səhəri gün yoxa çıxır. Özünü çətin vəziyyətə salan Leyla Samiri tapmağa çalışır və bu prosesdə o, itkin düşmüş sevgilisinin müəmmalı taleyinə qərq olur, özü də bu sirrin bir parçasına çevrilir.

# 442 dəfə oxunub

Müəllifin son yazıları

# # #