Rusiyanın Mədəniyyət Nazirliyinin dəstəyi ilə 2022-ci il sentyabrın 18-dən 24-dək bu ölkədə “Yeni mövsüm” adlı ilk onlayn kinoteatrlar festivalı təşkil olunacaq.
Kulis.az xəbər verir ki, festivalda ən böyük yerli rəqəmsal yayım platformaları 2022-2023-cü illərin mövsümü üçün əsas layihələrini təqdim edəcəklər. Festival çərçivəsində rəqəmsal xidmətlərin nümayəndələri film sənayesinin üzləşdiyi problemləri müzakirə edəcək, həmçinin bu sahənin inkişaf istiqamətlərini müəyyənləşdirməyə çalışacaqlar. Eyni zamanda tammetrajlı filmlərin axşam nümayişləri də nəzərdə tutulub.
Qeyd edək ki, Soçidə keçirilməsi nəzərdə tutulan “Yeni mövsüm” adlı onlayn kinoteatrlar festivalı film və serialların istehsalı, həmçinin yayımı ilə məşğul olan ən böyük yerli rəqəmsal yayım platformalarının nümayəndələrini bir araya gətirən ilk kinoforumdur.