Rusiyada azərbaycanlı teatr direktoru işdən çıxdı

Məmməd Ağayev

Məmməd Ağayev

30 dekabr 2021
# 15:55

Moskva Satira Teatrının direktoru Məmməd Ağayev işdən çıxıb.

Məmməd Ağayev Moskva Satira Teatrının direktoru vəzifəsindən öz xahişi ilə çıxıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə teatrın bədii rəhbəri Sergey Qazarov məlumat verib.

Qeyd edək ki, bundan əvvəl Moskva meriyasınım rəsmi saytında Moskva Dram Teatrının Moskva Akademik Satira Teatrına qoşularaq yenidən təşkil olunduğu barədə xəbər dərc olunub.

"Bəli, düzdür. Mən onun getməsini istəməzdim, amma bu, onun qərarı olub. O, teatrımızı ən yaxşı formada saxlayan böyük, ciddi idarəçidir", - Qazarov teatrların birləşməsinə həsr olunmuş iclasda deyib.

Onun sözlərinə görə, yeni direktor kimin olacağı hələ məlum deyil.

Qeyd edək ki, Məmməd Ağayev 1992-ci ildən Moskva Satira Teatrının baş direktoru vəzifəsində çalışıb.

# 1916 dəfə oxunub

Müəllifin son yazıları

# # #