Əfsanəvi "Çılpaq tapança" 30 ildən sonra geri qayıdır

Əfsanəvi "Çılpaq tapança"  30 ildən sonra geri qayıdır
8 avqust 2025
# 17:00

30 ildən sonra əfsanəvi "Çılpaq tapança" komediyası yenidən kinoekrana qayıdır.

Kulis.az xəbər verir ki, bu dəfə baş rolda Liam Nison çıxış edir.

Yeni film mərhum Lesli Nilsenin canlandırdığı leytenant Frenk Drebinin oğlundan bəhs edir.

Filmin rejissorluğunu "Saturday Night Live" komandasından tanınan Akiva Şaffer edib, ssenariyə isə Set Makfarleyn rəhbərlik edib.

Liam Nisonun ciddi ekran obrazından parodiya qəhrəmanına çevrilməsi tənqidçilər tərəfindən maraqlı və uğurlu bir seçim kimi qiymətləndirilir.

Filmdə yumor və absurdluq orijinal trilogiyanın ruhuna sadiq qalaraq müasir tamaşaçılar üçün də aktuallığını qoruyur.

Qeyd edək ki, Drebini bu dəfə Pamela Anderson müşayiət edir, bu da Prissilla Preslinin əvvəlki obrazına maraqlı istinaddır.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər