Robert De Niro yenidən mafiya filmində

Robert De Niro, aktyor

Robert De Niro, aktyor

18 avqust 2022
# 13:56

“Ağıllılar" adlı qanqster dramında Hollivud ulduzu Robert De Niro eyni anda iki rol canlandıracaq.

Kulis.az “gazeta.ru”ya istinadən xəbər verir ki, mafiyadan bəhs edən filmin rejissoru Barri Levinson, ssenari müəllifi isə Nikolas Pileci olacaq.

“Ağıllılar” filmində 20-ci əsrin ortalarında öz mafioz qruplaşmalarını idarə edən italyan-amerikalı kriminal avtoritetlər Vito Cenovese və Franke Kostellonun hekayəsindən bəhs edilir. 1957-ci ildə V.Cenovese F.Kostelloya sui-qəsd etməyə cəhd edir və nəticədə plan uğursuz alınır və o, yaralanır.

# 1475 dəfə oxunub

Müəllifin son yazıları

# # #