Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?
29 avqust 2026
# 12:30

Məşhur rejissor Ridli Skottun Piter Hellerin eyniadlı romanı əsasında ekranlaşdırdığı postapokaliptik janrdakı "The Dog Stars" filmi bəzi tənqidçilərin fikrincə, uğursuzluqla nəticələnib.

Kulis.az xəbər verir ki, baş rollarda Ceykob Elordi və Coş Brolin kimi ulduzların yer aldığı ekran əsəri pandemiyadan sonra viran qalmış dünyada sağ qalmağa çalışan keçmiş pilotun hekayəsindən bəhs edir.

Güclü aktyor heyətinə baxmayaraq, film ağır tempi, zəif süjeti və təqlidçi strukturu səbəbindən janra heç bir yenilik gətirə bilməməkdə ittiham olunur.

Tənqidçilər ekran işini həm gərgin aksiyon, həm də dərin xarakter dramı yaratmaq cəhdində uğursuzluğa düçar olan, Skottun karyerasındakı ən sönük layihələrdən biri kimi dəyərləndiriblər.

# 62 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər