"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər

"İnsanların əməlləri fikirlərinin ən yaxşı tərcüməçisidir..." - Con Lokkdan aforizmlər
29 avqust 2026
# 13:00

Bu gün tanınmış ingilis filosof Conn Lokkun doğum günüdür.

Kulis.az onun aforizmlərini təqdim edir.

Mütaliə zehni yalnız bilik materialları ilə təmin edir; oxuduqlarımızı bizə məxsus edən isə düşüncədir.

***

Mən həmişə insanların əməllərini onların fikirlərinin ən yaxşı tərcüməçisi hesab etmişəm.

***

Yeni fikirlərə heç bir başqa səbəb olmadan, sadəcə geniş yayılmadıqları üçün həmişə şübhə ilə yanaşılır və adətən qarşı çıxılır.

***

Dünyadan qorunmağın yeganə yolu onu dərindən tanımaqdır.

***

Biz buqələmun kimi rəngimizi və mənəvi xarakterimizin çalarını ətrafımızdakılardan alırıq.

***

Təhsil insanı centlmen etməyə başlayır, lakin mütaliə, yaxşı mühit və dərindən düşünmək onu kamilləşdirməlidir.

***

Hamı bərabər və müstəqil olduğu üçün heç kim başqasının həyatına, sağlamlığına, azadlığına və ya mülkiyyətinə zərər yetirməməlidir.

***

Həqiqəti məhz həqiqət olduğu üçün sevmək bu dünyada insan kamilliyinin başlıca hissəsi və bütün digər fəzilətlərin toxumudur.

***

Heç bir insanın biliyi onun təcrübəsindən kənara çıxa bilməz.

***

Çox vaxt bir uşağın gözlənilməz suallarından böyüklərin nitqlərindən daha çox şey öyrənmək mümkündür.

***

Müqəddəs Kitab Tanrının bəşər övladına bəxş etdiyi ən böyük nemətlərdən biridir. Onun müəllifi Tanrı, qayəsi qurtuluş, mahiyyəti isə heç bir qarışığı olmayan həqiqətdir. O, başdan-başa saf və səmimidir; nə bir artıq, nə də bir əskik kəlməsi var.

***

Səni narahat edən nədirsə, sənə hökm edən də odur.

**

Beləliklə, bizi heyvanlardan ən çox fərqləndirməli və şüurlu varlıqlar kimi vəhşilərdən ən uca məqama qaldırmalı olan din elə bir sahədir ki, insanlar burada çox vaxt ən dərrakəsiz və heyvanlardan daha düşüncəsiz görünürlər.

***

Bütün sərvətlər əməyin məhsuludur.

***

Başqa insanların fikirlərini araşdırmadan əvvəlcədən mühakimə etmək onların qaranlığını göstərmək deyil, öz gözlərimizi kor etməkdir.

***

Bütün dövrlərdə bəşəriyyəti narahat edən və onların başına ən böyük fəlakətləri gətirən mühüm sual dünyada gücün mövcud olub-olmaması və ya haradan qaynaqlanması deyil, ona kimin sahib olması məsələsi olmuşdur.

***

Bu dünyada bizim vəzifəmiz hər şeyi bilmək deyil, məhz davranışlarımıza aid olanları dərk etməkdir.

***

Öz inandığı hər şeyin doğruluğuna və ya rədd etdiyi hər şeyin yalan olduğuna dair təkzibolunmaz sübutu olan, yaxud özünün və başqalarının bütün fikirlərini dərindən araşdırdığını söyləyə bilən insan hardadır? İçində olduğumuz bu fanilik və korluq halında biliyə əsaslanmadan, hətta çox vaxt olduqca zəif əsaslarla inanmaq məcburiyyəti bizi başqalarını məcbur etməkdənsə, özümüzü maarifləndirməyə daha çox səy və diqqət göstərməyə sövq etməlidir.

***

Çox az insan düşünür, lakin hamının bir fikri olur. Buna görə də insanların fikirləri səthi və qarışıqdır.

Rus dilindən tərcümə: Aydan Ağayeva

# 88 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

Azərbaycanın ilk Xalq artisti - "Tarın Qurbanı"nı kim Bakıya dəvət etmişdi?

13:30 29 avqust 2026
Ridli Skottun yeni  "The Dog Stars"  filmi  - Kino tənqidçiləri nə deyir?

Ridli Skottun yeni "The Dog Stars" filmi - Kino tənqidçiləri nə deyir?

12:30 29 avqust 2026
Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olundu

11:20 29 avqust 2026
Selin Dion  Paris səhnəsinə qayıdır - 9 ildən sonra

Selin Dion Paris səhnəsinə qayıdır - 9 ildən sonra

10:50 29 avqust 2026
Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

Bayö qobeleni Britaniya Muzeyində nümayiş etdiriləcək

18:10 28 avqust 2026
Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

Məşhur müğənni könüllü qismində iştirak edib - Xərçənglə mübarizədə

17:50 28 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər