Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar

Rəvan Cavid motosiklet qəzasında ağır yaralandı - Fotolar
16 iyul 2025
# 18:20

Yazıçı Rəvan Cavid yaşadığı Tekirdağ şəhərində motosiklet qəzasında ağır yaralanıb.

Kulis.az xəbər verir ki, yüksək sürətlə idarə etdiyi motosikletin idarəetməsini itirməsi nəticəsində qəza törədən Rəvan Cavidin sol qolu, üzünün və başının sol tərəfi yaralanıb.

Təcili yardımla xəstəxanaya çatdırılan Rəvanın qaşına 4, dodaqlarına 6 tikiş atılıb.

Hazırda müalicəsi davam edir.

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

# # #