“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada

“Qürur və qərəz” filmi yayımlandı – Yeni plartformada
12 avqust 2026
# 18:20

Ceyn Ostinin eyniadlı ölməz əsəri əsasında çəkilən və 2005-ci ildə nümayiş olunan "Qürur və qərəz" filmi "Netflix" və "BBC” platformalarından çıxarıldıqdan sonra Böyük Britaniyada "Prime Video"ya keçib.

Kulis.az xəbər verir ki, baş rollarını Kira Naytli və Metyu Makfadyenin bölüşdüyü ekran işi rejissor Co Raytın imzasını daşıyır.

Klassik dövr dramı 78-ci "Oskar" mükafatlandırma mərasimində dörd nominasiya, o cümlədən Kira Naytli üçün "Ən yaxşı qadın rolu" nominasiyasını qazanıb.

"Rotten Tomatoes" platformasında 87 faiz tənqidçi və 90 faiz tamaşaçı rəğbəti qazanan film, "IMDb" portalında da 7.8/10 ballıq yüksək reytinqini qoruyub saxlayır.

Zəngin aktyor heyətinə malik ekran işində Brenda Bletin, Donald Sazerlend, Rozamund Payk, Cina Maloun, Keri Malliqan və Cud Denc kimi tanınmış sənətçilər də rol alıblar.

# 78 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər