Qazaxıstanlı rejissor Adilxan Yerzhanovun çəkdiyi "Kazakh Scary Tales" serialı əvvəlcə yayım platformaları tərəfindən həddən artıq qorxulu sayılaraq rədd edilsə də, beynəlxalq festivallarda böyük maraq doğurub.
Kulis.az xəbər verir ki, neo-noir üslubunu qazax folkloru ilə birləşdirən ekran işi "Fantasia", "L’Étrange" və "Slash" kimi nüfuzlu festivallarda nümayiş etdirilib.
Serial qadınlara qarşı zorakılığı mifoloji qorxu obrazları vasitəsilə tənqid edən sosial məzmunu ilə seçilir.
Qeyd edək ki, hazırda serial yalnız Qazaxıstanda yayımlansa da, onun beynəlxalq platformalara çıxarılması üçün danışıqlar davam edir.