#

"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı

"Qardaş 2"-nin ulduzunun hesabları bloklandı
3 oktyabr 2024
# 14:45

Aleksey Balabanovun ekranlaşdırdığı "Qardaş 2" filmindəki "faşist" rolu ilə məşhurlaşan aktyor və ssenarist Konstantin Murzenkonun bütün hesabları vergi borcuna görə bloklanıb.

Kulis.az xəbər verir ki, 2019-cu ildən vergi ödəmədiyi üçün aktyorun ümumilikdə 1,5 milyon rubl vergi borcu yığılıb.

Konstantin Murzenko hazırda axtarışdadır. Onu 600 min rubl dəyərində cərimə və ya iki ilə qədər azadlıqdan məhrum etmə cəzası gözləyir.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

# # #