#

"Oskar" laureatçısı rejissor vəfat etdi

prodüser və rejissor Duqlas Tramball

prodüser və rejissor Duqlas Tramball

9 fevral 2022
# 11:15

Xüsusi effektlərin yaradıcısı, prodüser və rejissor Duqlas Tramball 80 yaşında vəfat edib.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, bu barədə onun qızı Emi Tramball məlumat yayıb.

"Atam iki il xərçəng, beyin şişi və insultla mübarizə apardıqdan sonra ötən gecə dünyasını dəyişib", - deyə o, feysbuk hesabında yazıb.

Qeyd edək ki, D.Tramball "Üçüncü növdə yaxın görüşlər" (1977), "Ulduz yolu" (1979) və "Blade Runner" (1982) kimi filmlərin effektlərinə görə "Oskar" mükafatına namizəd olub.

# 1482 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #