Öpürəm onları gizlicə - Nigar Rəfibəyli

Öpürəm onları gizlicə - Nigar Rəfibəyli
24 may 2024
# 18:00

Kulis.az Nigar Rəfibəylinin “Qərənfillər” şeirini təqdim edir.

Yuxuda çiçəklər görürəm hər gecə,
Öpürəm onları gizlicə…
Hər yanım çiçək,
Yastığım, yorğanım çiçək…
Çiçəklər əlvan-əlvan,
Çəmən-çəmən,
Bu çiçəklər aləmində
Xumarlanıb yatıram mən,
Yuxuda çiçəklər görürəm.
Qərənfili seçir könlüm
Çiçəklər arasından.
Elə bil iki damla qan sızır
ürəyimin yarasından.
Bu alov rəngli qərənfilləri
Yar vermişdi ayrılıq dəmi.
Elə bil çökmüşdü
Onların üstünə dünyanın qəmi…
Yuxuda qərənfillərimi görürəm,
Yığıb solan çiçəklərimi,
Ümid çələngi hörürəm.

# 683 dəfə oxunub

Müəllifin son yazıları

# # #