Nobel mükafatçısı Olqa Tokarçuk “Yasnaya Polyana” müsabiqəsinin onluğunda

Nobel mükafatçısı Olqa Tokarçuk “Yasnaya Polyana”  müsabiqəsinin onluğunda
24 iyun 2024
# 10:30

“Yasnaya Polyana” müsabiqəsinin “Xarici ədəbiyyat” üzrə qısa siyahısı elan edilib.

Kulis.az xəbər verir ki, Nobel mükafatçısı Olqa Tokarçukun “Yakovun kitabları” romanı da onluqdadır.

Hadisələr XVIII əsrin Polşasında cərəyan edir və özünü messiya (xilaskar) elan etmiş Yakov Frankdan bəhs edir.

Qeyd edək ki, sentyabrda müsabiqənin “Müasir rus ədəbiyyatı” üzrə qısa siyahısı açıqlanacaq, oktyabrda isə mükafatlandırma mərasimi baş tutacaq.

# 496 dəfə oxunub

Müəllifin son yazıları

# # #