Nəriman Əbdülrəhmanlı "Dostluq" ordeni ilə təltif olundu

Nəriman Əbdülrəhmanlı "Dostluq"  ordeni ilə təltif olundu
25 oktyabr 2023
# 14:15

Yazıçı-tərcüməçi, Azərbaycan Dövlət Tərcümə Mərkəzi dünya ədəbiyyatı şöbəsinin müdiri Nəriman Əbdülrəhmanlı Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin sərəncamı ilə II dərəcəli “Dostluq” ordeni ilə təltif edilib.

Kulis.az xəbər verir ki, o, qardaş ölkənin ali mükafatına Azərbaycan-Qazaxıstan ədəbi əlaqələrinin inkişafına verdiyi töhfələrə görə layiq görülüb.

Təltif mərasimi oktyabrın 24-də Qazaxıstan Respublikasının milli bayramı münasibətilə “Fairmont” otelində keçirilən qəbul zamanı baş tutub. Ordeni yazıçı-tərcüməçiyə Qazaxıstan Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Alim Bayel təqdim edib və ona uğurlu fəaliyyət arzulayıb.

Qeyd edək ki, Nəriman Əbdülrəhmanlı qazax nəsrindən bir sıra tərcümələri ilə tanınır. O, böyük Abayın “Qara sözlər” fəlsəfi traktatını, 54 yazıçının əsərlərindən nümunələrin toplandığı “Qazax” nəsri antologiyasını, qazax dedektiv ədəbiyyatının yaradıcısı Kemel Tokayevin “Gecə açılan atəş” povestlər toplusunu və görkəmli yazıçısı Rollan Seysenbayevin “Dünyanın çökdüyü gün” kitabını dilimə çevirib, eyni zamanda, dövri mətbuatda bir sıra qələm sahibləri haqqında məqalələr dərc etdirib. O, hazırda daha bir bənzərsiz qazax yazıçısı Sətimjan Sanbayevin əsərlərinin tərcüməsi üzərində işləyir.

# 570 dəfə oxunub

Müəllifin son yazıları

# # #