BƏƏ-də Dubay polisi ölkədən qaçaqmalçılıq yolu ilə çıxarılmağa cəhd edilən 25 milyon dollar dəyərindəki nadir çəhrayı almazın oğurlanmasının qarşısını alıb.
Kulis.az xəbər verir ki, qabaqcıl texnologiyalardan istifadə edən Dubay polisinin "CID" qrupları Asiya vətəndaşı olan üç şübhəlini müəyyən edib, onları izləyib və həbs edib.
Almazın kiçik bir soyuducuda ölkədən qeyri- leqal yolla çıxarılması planlaşdırlıbmış.
Qeyd edək ki, çəhrayı almaz “Fancy Intense” kimi təsnif edilir və çəkisi 21,25 karatdır.