Musiqişünas: “Şərq musiqişünaslığının tədqiqatına ciddi ehtiyac var”

Musiqişünas:  “Şərq musiqişünaslığının tədqiqatına ciddi ehtiyac var”
31 oktyabr 2023
# 12:00

“Şərq musiqişünaslığının tədqiqatına ciddi ehtiyac var”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən Musiqi Forumunda "Azərbaycan musiqişünaslığı: araşdırmalar kəsişməsində" adlı panel iclasında müzakirə zamanı musiqişünas, Əməkdar incəsənət xadimi Lalə Hüseynova deyib.

"Bu gün bizim barmaqla sayılacaq qədər az sayda Şərq musiqişünaslarımız var. Onların da yaşı 60-dan çoxdur. Hazırkı musiqişünaslarımız arasında isə Şərq dillərini bilən gənclərimiz yoxdur. Statistika göstərir ki, bir neçə il sonra beynəlxalq səviyyədə tədqiqatlar ortaya qoyan Şərq musiqişünaslarımızın sayı zamanla daha da azalacaq və bizim bu sahədə tədqiqat aparan mütəxəssislərimiz olmayacaq", - deyə o qeyd edib.

Lalə Hüseynova müzakirə zamanı qeyd edib ki, bu gün musiqişünasların problemlərindən biri də məqalələrinin öz hesablarına dərc edilməsidir.

# 617 dəfə oxunub

Müəllifin son yazıları

# # #