Moskvada Azərbaycan musiqisi axşamı

Moskvada Azərbaycan musiqisi axşamı
13 aprel 2026
# 13:50

“Moskva” Folklor Mərkəzində Azərbaycan musiqisi axşamı olub, tanınmış ifaçılar geniş konsert proqramı ilə çıxış ediblər.

Kulis.az xəbər verir ki, musiqi proqramını vokalçı Ayna Kərimova təqdim edib. Konsertdə, həmçinin vokal ifaçısı Ramilə Rüstəmova, pianoçu Nigar Kərimova, tarzən Emin Namazov, nağara ifaçısı Həzi İsmayılov, klarnetçi Artyom Polyuqa və fleytaçı İvetta Nqaniele iştirak ediblər.

Proqramda Üzeyir Hacıbəyli, Arif Məlikov, Emin Sabitoğlu, Azər Dadaşov, Tofiq Quliyev və digər görkəmli Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib. Tamaşaçılara, həmçinin Nazim Əliverdibəyovun fortepiano və klarnet üçün “Elegiya”sı və Fikrət Əmirovun fortepiano və fleyta üçün əsərləri də daxil olmaqla kamera musiqisi klassikləri təqdim olunub.

# 59 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər