Əməkdar artist "Nəsimi"yə görə "Şəms" mükafatı aldı

Əməkdar artist "Nəsimi"yə görə  "Şəms" mükafatı aldı
27 dekabr 2019
# 12:35

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti, beynəlxalq festivallar laureatı, Əməkdar artisti Emin Əliyev "Nəsimi” promo-rolikinə görə mükafata layiq görülüb.

Kulis.az xəbər verir ki, İmadəddin Nəsiminin 650 illik yubileyi və “31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” münasibətilə dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” promo-roliki təqdim olunub. Emin Əliyev sinxron olaraq həm quruluşçusu, həm də ifaçısı olduğu balet- kompozisiyanı canlı olaraq bir daha nümayiş etdirib. Əməkdar artisti promo-rolikə görə "İmedia Group”un təsis etdiyi "Şəms" Milli Mükafatına layiq görülüb.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur.

1996-ci ildən 2015-ci ilə qədərAzərbaycanDövlət Rəqs Ansamblının solisti olub.2004-cü ildə Xalq artistimiz Polad Bülbüloğlunun "Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb və bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və RusiyanınBöyük Teatrında, Sank Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi" və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar artist” Fəxri adına layıq görülüb. 2012-cu ildən istedadlı rəqqas və xeroqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafıya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar mayestro Niyazinin “Rast” simfonik muğamı və "Kitabi Dədə Qorqud" dastanının motivləri əsasında "Dəryadan damla" balet-tamaşasına quruluş verib. Bu ilin iyul ayında Türkiyənin Bayburt şəhərində keçirilən ənənəvi "Dədə Qorqud" festivalında uğurla çıxış edib.

# 2637 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #