Qahirədəki Misir Muzeyində Misir və İtaliya mütəxəssislərinin birgə bərpa etdiyi 1900 illik nadir Fəyyum mumiya portreti — "İki qardaşın tondosu" ("Tondo of the Two Brothers") ictimaiyyətə təqdim olunub.
Kulis.az xəbər verir ki, Roma Misiri dövrünə (eramızın II əsri) aid olan və taxta üzərində qaynar mum (enkavstika) texnikası ilə işlənmiş bu nadir sənət əsəri bərpadan sonra tarixdə ilk dəfə Misir hüdudlarından kənara çıxarılacaq.
Portret 2026-cı ilin noyabrından 2027-ci ilin mayınadək Romada keçiriləcək möhtəşəm sərgidə nümayiş etdiriləcək.