Məşhur rəssam vəfat etdi

Əməkdar rəssam, professor Fikrət Həşımov

Əməkdar rəssam, professor Fikrət Həşımov

8 fevral 2022
# 14:10

Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdindəki İncəsənət Kollecinin direktoru, Respublikanın Əməkdar rəssamı, professor Fikrət Həşımov vəfat edib.

APA-nın xəbərinə görə, 74 yaşlı rəssam rəssam bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

Qeyd edək ki, o, 1948-ci ildə Azərbaycanın Şahbuz rayonunda anadan olub. 1968-ci ildə isə Əzim Əzimzadə adıma rəssamlıq məktəbini bitirib. 1976-cı ildən Sankt-Peterburq şəhərində, İ.Repin adına rəssamlıq akademiyasında təhsilini davam etdirib. 1978-ci ildə SSRİ Rəssamlar İttifaqının üzvü seçilib.

2002-ci ildə rəssamı "Əməkdar rəssam" fəxri adı ilə təltif edilib.

Allah rəhmət eləsin!

# 1962 dəfə oxunub

Müəllifin son yazıları

# # #