Dünyaca məşhur geyim markası "Zara" reklamlarında yer alan modellərin sağlam görünməməsi səbəbindən tənqid olunub və nəhəng brendin bəzi reklamlarına qadağa qoyulub.
Kulis.az xəbər verir ki, qadağa Böyük Britaniyadakı Reklam Standartları İdarəsi (ASA) tərəfindən “sağlamlıq baxımından təhlükəli dərəcədə arıq” modellər yer aldığı üçün qoyulub.
Qeyd edək ki, şirkət reklamda yer alan hər modelin sağlamlıq vəziyyətinin yaxşı olduğunu və bunu sübut edən tibbi sənədlərin mövcudluğunu bildirib.