Belçikalı aktyor Yohan Leissen 73 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə TMZ məlumat yayıb.
19 fevral 1950-ci ildə Hasseltdə anadan olan aktyor 1977-ci ildən bəri 130-dan çox film və televiziya şousunda rol alıb.
O, 1984-cü ildə Kann Film Festivalında nümayiş etdirilən "Sərhəd" filmindəki oyunu ilə tanınıb. 1998-ci ildə "Felice... Felice..." filmindəki roluna görə isə Ən Yaxşı Aktyor nominasiyasında "Qızıl Dana" mükafatını alıb.
2010-cu ildə "Amerikalı" filmində Pavel rolunu oynayan aktyor məşhur “Musiqi müəllimi”, “Uçurum”, “Qurd qardaşlığı”, “Qrimm”, “Joanın susması”, “Qanundan yuxarı” və s. filmlərdə rollar oynayıb.