Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
13 aprel 2022
# 19:00

Fransız teatr və kino aktyoru Mişel Buke 96 yaşında Parisdə vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə Agence France-Presse Agentliyi məlumat yayıb.

Bildirilib ki, aktyor ailə üzvlərinin əhatəsində Paris xəstəxanasında dünyasını dəyişib.

Buket öz peşəkar fəaliyyətinə 1944-cü ildə teatrda başlayıb. 1960-cı illərdə o, "Yeni Dalğa" cərəyanının rejissorları Fransua Truffo və Klod Şabrolun filmlərində uğurla çəkilib. Buke iki dəfə (2002 və 2006-cı illərdə) ən yaxşı kino aktyoru kimi Fransanın ən yüksək kino mükafatı sayılan "Sezar"ı alıb. O, həmçinin iki dəfə nüfuzlu “Molyere” teatr mükafatına layiq görülüb.

Buke müxtəlif illərdə həmkarları Jan Qoben, Jan-Pol Belmondo, Alen Delon, Pyer Rişar, Katrin Denevlə bir çəkiliş meydançasında olub. Aktyor 80-ə yaxın filmdə rol alıb. Onların arasında Frensis Veberin "Oyuncaq" (1976), Robert Hosseinin "Acizlər" (1982), Xose Covanninin "Şəhərdə iki nəfər" (1973), Jak Derenin "Borsalino" (1970) ekran əsərlərinin adlarını çəkmək olar.

Mişel Buke 2018-ci ildə Fəxri Legionun ən yüksək dərəcəsi olan Böyük Xaç ordeni ilə təltif edilib.

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

# # #