Türkiyədə çirkli pulların yuyulmasına dair əməliyyat davam edir.
Kulis.az xəbər verir ki, bu dəfə türkiyəli məşhur müğənni və rejissor Mahsun Kırmızıgül İstanbul Cümhuriyyət Baş Prokurorluğunun apardığı "AHBAP-lar cinayət təşkilatı" istintaqı çərçivəsində ifadəyə çağırılıb.
Qeyd edək ki, istintaq çərçivəsində jurnalist Uğur Dündar, müğənnilər Gülbən Ergen və Hayko Çepkin, eləcə də aktrisa Elçin Sanqu da ifadəyə çağırılıb.