“Klon” serialının ulduzu vəfat etdi

“Klon” serialının ulduzu vəfat etdi
20 iyun 2025
# 13:00

Braziliyanın məşhur “Klon”, “Tropikanka”, “Yeni qurban” seriallarının ulduzu Fransisku Kuoku 91 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, Braziliyanın vitse-prezidenti Jeraldo Alkmin Kuokunu Braziliyanın “böyük aktyorlarından biri” adlandırıb.

Qeyd edək ki, 60 illik film karyerası dövründə Kuoku teatrda, kinoda və televiziyada çoxsaylı rollar ifa edib.

# 300 dəfə oxunub

Müəllifin son yazıları

# # #