Kitabxanada “COP29 nədir?” adlı məlumat saatı keçirildi

Kitabxanada “COP29 nədir?”  adlı məlumat saatı keçirildi
22 avqust 2024
# 18:40

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “COP29 nədir?” adlı məlumat saatı keçirilib.

Kulis.az xəbər verir ki, kitabxananın əməkdaşları oxuculara “COP29 nədir?” mövzusunda məlumat verərək, onlara məlumat vərəqələri təqdim ediblər.

Bildirilib ki, Azərbaycan Tərəflər Konfransının bu ilin noyabrında Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcək. Qeyd olunub ki, COP haqqında daha ətraflı məlumat BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasında öz əksini tapıb. Konvensiyanın ali məqsədi iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

# 325 dəfə oxunub

Müəllifin son yazıları

# # #