Kino mütəxəssisləri üçün beynəlxalq fürsət - "Berlinale Talents 2025"ə müraciətlər başlandı

Kino mütəxəssisləri üçün beynəlxalq fürsət - "Berlinale Talents 2025"ə müraciətlər başlandı
15 iyul 2025
# 12:27

Azərbaycanlı kino mütəxəssisləri üçün beynəlxalq fürsət yaranıb, "Berlinale Talents 2025"ə müraciətlər başlanıb.

Kulis.az xəbər verir ki, 2003-cü ildən keçirilən və dünyanın aparıcı kino istedadlarını bir araya gətirən Berlinale Talents Berlin Beynəlxalq Film Festivalının tərkib hissəsidir və bu proqram, artıq müəyyən təcrübəyə malik rejissorlar, prodüserlər, ssenaristlər, distribütorlar və kino tənqidçiləri üçün nəzərdə tutulub.

Proqramın əsas hissələrinə ustad dərsləri, müzakirələr, layihə bazarı və şəbəkələşmə tədbirləri daxildir.

Müraciət üçün əsas şərtlərdən biri, ən azı bir tammetrajlı və ya iki qısametrajlı film üzrə təcrübəyə malik olmaqdır. Daha ətraflı məlumat almaq rəsmi sayta müraciət etmək olar: https://www.berlinale-talents.de/bt/page/c/apply

Qeyd edək ki, müraciət üçün son tarix – 3 sentyabr 2025-dir.

# 99 dəfə oxunub

Müəllifin son yazıları

# # #